Gündəm Özəl

Vətəndaşlar NARAZIDIR: İcbari tibbi sığorta sahəsində boşluqlar mövcuddur

Vətəndaşlar NARAZIDIR: İcbari tibbi sığorta sahəsində boşluqlar mövcuddur

“Tibbin bugünkü vəziyyəti ilə bağlı danışsaq, icbari tibbi sığortanın işlək mexanizmi mövcud olsa da, bəzi problemlər hələ də qalmaqdadır. Belə ki, sığorta paketinə daxil edilməyən bir sıra analizlər və müayinələr var. Bəzən insanlar düşünürlər ki, niyə bunları özləri üçün ayrıca ödəməlidirlər, halbuki icbari sığortadan yararlanırlar".

Bunu Demokrat.az-a açıqlamasında tibb eksperti Şahvələd Məmmədov deyib.

O, bildirib ki, ailə həkimləri xəstəliklərin izlənməsini təmin etsələr də, ambulator şöbələrdə vahid “pəncərə” sistemi yoxdur:

"Xəstə bir mütəxəssisə müraciət etmək üçün bir neçə mərhələni keçməli olur. Məsələn, tiroid və ya zob problemi ilə müraciət edən xəstəni əvvəlcə sahə terapevtinə yönləndirirlər, sahə terapevti isə yenidən digər analizlər və müayinələr üçün göndərir. Bu proses çox vaxt aparır və xəstələrdə müəyyən məmnuniyyətsizlik yaradır. Nəticədə, endokrinoloqa yönləndirilən xəstədə əsəbgərginlik yaranır".

Ekspert bildirib ki, buna görə də, pasiyent məmnuniyyətini təmin etmək və xidmət keyfiyyətini artırmaq baxımından icbari tibbi sığortada idarəetmə sistemində müəyyən boşluqlar mövcuddur:

"Bu sahələr üzərində işlər aparılır və Səhiyyə Nazirliyi ilə birgə mütəxəssislər tərəfindən araşdırmalar davam etdirilir. Zaman-zaman icbari sığorta paketinə daxil edilməyən müayinələr, laborator analizlər və cərrahiyyə əməliyyatları tədricən paketə əlavə olunur”.

Əfsanə Kamal Demokrat.az

NE
Nihadə Eyyubova