Xarici siyasət

Ərdoğandan qəza ilə bağlı ilk açıqlama

Ərdoğandan qəza ilə bağlı ilk açıqlama

Gürcüstan ərazisində qəzaya uğrayan türk hərbi təyyarəsi ilə bağlı Türkiyə lideri Rəcəb Tayyib Ərdoğandan ilk açıqlama gəlib.

Demokrat.az xəbər verir ki, Ərdoğan bu haqda AKP-nin Konqres Mərkəzində keçirilən Şəhərsalma Zirvəsində çıxışı zamanı danışıb:

“Təyyarəmizin qəzaya uğradığını öyrəndik, qurumlarla dağıntılara çatmaq üçün işlərimiz davam edir, inşallah qəzadan ən az itki ilə çıxarıq. Rəbbim şəhidlərimizə rəhmət eləsin, dualarımız onlarladır”.

NE
Nihadə Eyyubova