Sosial

Asim Mollazadə namizədliyini bu dairədən verdi

Asim Mollazadə namizədliyini bu dairədən verdi

“Növbədənkənar parlament seçkilərində iştirak üçün namizədliyimi irəli sürmüşəm”.

Bunu Modern.az-a açıqlamasında deputat Asim Mollazadə bildirib. O seçkilərdə partiyanın təşəbbüsü ilə iştirak etdiyini də vurğulayıb:

“Həmişəki qaydada namizədliyimi 22 saylı Nəsimi ikinci seçki dairəsindən irəli sürəcəm. Seçkilərdə iştirakım Azərbaycan Demokratik İslahatlar Partiyasının təsəbbüsü ilə oldu”.

Qeyd edək ki, Asim Mollazadə ilk dəfə 2000-ci ildə deputat seçilib. O 2005-ci ilin iyul ayından Demokratik İslahatlar Partiyasının sədri kimi fəaliyyət göstərir.

Demokrat.az

D
demokrat.az