Gündəm Özəl

"Bu Azərbaycan-Ermənistan münasibətlərində növbəti addım ola bilər" — ŞƏRH

Bu Azərbaycan-Ermənistan münasibətlərində növbəti addım ola bilər — ŞƏRH

“Qazax rayonunun Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılı kəndlərinin Azərbaycana qaytarılması postmünaqişə dövrü diplomatiyasının mühüm mərhələsidir. Bu hadisə, əslində, sərhədlərin sülh yolu ilə bərpası və beynəlxalq hüquq prinsiplərinə əsaslanan yeni regional reallığın formalaşması deməkdir”.

Bunu Demokrat.az-a açıqlmasında siyasi şərhçi Əziz Əlibəyli deyib.

O qeyd edib ki, Azərbaycan 2020-ci ildən sonra yalnız hərbi deyil, diplomatik müstəvidə də təşəbbüsü əldən vermir:

“Kəndlərin qaytarılması güc yox, razılaşma və diplomatik iradə əsasında baş tutduğu üçün beynəlxalq səviyyədə ölkəmizin nüfuzunu artırır. Digər anklavların Qazaxın 3 kəndi və Naxçıvanın Kərki kəndinin taleyi də məhz bu istiqamətdə həllini tapacaq. Bu isə Azərbaycan-Ermənistan münasibətlərinin mərhələli normallaşmasının növbəti addımı kimi qiymətləndirilə bilər. Prosesin delimitasiya komissiyaları çərçivəsində aparılması sülh sazişinə zəmin yaradan hüquqi-institusional mexanizmin işlədiyini göstərir. Nəticə etibarilə, bu, regionda uzunmüddətli sabitlik və nəqliyyat əlaqələrinin açılması baxımından strateji əhəmiyyət daşıyır. Bu kəndlərin qaytarılması təkcə ərazi məsələsi deyil, Azərbaycan diplomatiyasının real güc balansını dəyişən uğurlu siyasi manevridir”.

Leyla Turan Demokrat.az

NE
Nihadə Eyyubova