Maliyyə Özəl

“Qala Sığorta” Səhmdarlarının Ümumi Yığıncağı keçiriləcək

“Qala Sığorta” Səhmdarlarının Ümumi Yığıncağı keçiriləcək

“Qala Sığorta” Açıq Səhmdar Cəmiyyəti (ASC) 2025-ci il dekabrın 9-da səhmdarların Ümumi Yığıncağını keçirəcək.

Bu barədə Demokrat.az-a “Qala Sığorta” ASC-dən məlumat verilib.

İclas saat 12:00-da Bakı şəhəri, Yasamal rayonu, Azərbaycan prospekti 14, 221-ci məhəllədə yerləşən Cəmiyyətin baş ofisində baş tutacaq.

Yığıncağın gündəliyinə aşağıdakı məsələlər daxildir:

1.“Qala Sığorta” ASC-də “Sığortaçılarda korporativ idarəetmə standartları”nın tətbiqi vəziyyətinin ümumi müzakirəsi;

2.İclasda iştirak edən və səsvermə hüququna malik səhmdarların yekdil razılığı ilə digər məsələlərin müzakirəsi.

Səhmdarlar yığıncağın gündəliyi üzrə materiallarla “Qala Sığorta” ASC-nin baş ofisində tanış ola bilərlər.

Demokrat.az

NE
Nihadə Eyyubova