Gündəm Özəl

Suya limit qoyulmasını istəməzdim — Deputat

Suya limit qoyulmasını istəməzdim — Deputat

“İstəməzdim ki, suya limit qoyulsun. Amma bununla yanaşı istəyərdim ki, hər kəs sudan qənaətlə istifadəyə diqqət etsin”.

Bunu Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib. O bildirib ki, su təbiətin verdiyi nemətdir və hər kəsin suya olan ehtiyacı ödənilməlidir:

“İnsanlar suyu lazımsız yerə axıtmamalıdır, fikirləşməlidir ki, pulunu ödəsə də, onun israf etdiyi su haradasa başqa yerdə insanlara lazımlı ola bilər. Ümumi götürəndə hazırda insanların sudan istifadəyə çox səmərəli və məsuliyyətli şəkildə yanaşdığını müşahidə edirəm”.

Qeyd edək ki, son günlər su tariflərinə limit tətbiq edilməsi mövzusu müzakirə edilir.

Cavidan Mirzəzadə Demokrat.az

NE
Nihadə Eyyubova