Hadisə

"BANDOTDEL" əməliyyat keçirdi — saxlanılan var

BANDOTDEL əməliyyat keçirdi — saxlanılan var

Şabranda keçmiş məhkumda külli miqdarda narkotik vasitə aşkarlanıb.

Bu barədə Demokrat.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının əldə edilən məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Şabran şəhər sakini, əvvəllər məhkum olunmuş V.Bayramov saxlanılıb.

Şəxsi axtarış zamanı ondan 14 qramdan artıq heroin və 5 qrama yaxın metamfetamin götürülüb.

Davam etdirilən tədbirlərlə onun Şabran şəhərindəki evindən 334 qramdan artıq heroin və 33 qrama yaxın metamfetamin aşkar edilərək götürülüb.

Demokrat.az

D
demokrat.az