Gündəm Özəl

Xaricdən gətirilən ucuz ət təhlükəlidir? — Deputat reallığı AÇIQLADI

Xaricdən gətirilən ucuz ət təhlükəlidir? — Deputat reallığı AÇIQLADI

“Xaricdən gətirilən ətlərin qiymətlərinin yerli ətlərdən ucuz olması normaldır. Çünki biznes adamları bazarları araşdırır və hansı ölkədə ətin qiyməti ucuzdursa, o ölkədən ət idxal edir".

Bunu Demokrat.az-a açıqlamasında millət vəkili Azər Badamov deyib. O bildirib ki, ətin qiymətinin ucuz olmasının keyfiyyət göstəriciləri ilə heç bir bağlılığı yoxdur:

“Çünki idxal olunan hər bir ət AQTA tərəfindən analiz olunur və keyfiyyət göstəriciləri normalara uyğun gəlməyən ətlər ölkəyə buraxılmır. İdxal olunan ətlərin qiymətinin ucuz olması, daxili bazarda ətin qiymətinin daha çox artmasının qarşısını alır. Bu baxımdan idxal olunan ətin qiymətinin ucuz olmasına şübhə ilə yanaşmağı düzgün hesab etmirəm.

Bununla yanaşı, daxili istehsalın artırılması istiqamətində stimullaşdırıcı tədbirlərin görülməsini vacib hesab edirəm. Çünki daxili bazarın qorunmasının ən düzgün yolu istehsalı artırmaqdır. Bu gün ətin qiyməti daxili bazarda kifayət qədər yüksəkdir. Bazarda yerli ətə tələbatın yüksək olması fermerləri mal və heyvanların artırılması istiqamətində müvafiq addımlar atmağa stimullaşdıracağını hesab edirəm".

Cavidan Mirzəzadə Demokrat.az

NE
Nihadə Eyyubova