Mədəniyyət

Elmira Rəhimova xəstəxanaya yerləşdirilib

Elmira Rəhimova xəstəxanaya yerləşdirilib

Xalq artisti Elmira Rəhimova xəstəxanaya yerləşdirilib.

Bu barədə APA-ya Xalq artistinin oğlu məlumat verib. O bildiribki, Elmira Rəhimova hazırda Bakı Sağlamlıq Mərkəzində müalicə olunur.

"Anamın səhhətində bəzi problemlər yarandı və onu xəstəxanaya aparmaq qərarına gəldik. Təzyiq, şəkər və digər problemlər var" deyə, sənətçinin oğluqeyd edib.

Xəstəxanadan bildirilib ki, 84 yaşlı Elmira Rəhimovaya Mərkəzin terapiya şöbəsində nevroloq, endokrinoloq konsultasiyasi olunaraq, müvafiq müalicə üsulu təyin edilib:

"Mərkəzimizin peşakar komandası tərəfindən stasionar şəraitdə müalicəsi aparılan pasiyentimizin vəziyyəti hal-hazırda yaxşıdır və yaxın günlərdə evə buraxılacaq".

NE
Nihadə Eyyubova