Gündəm Özəl

Bu əmlaklar boşanma zamanı ər-arvad arasında bölünmür — AÇIQLAMA

Bu əmlaklar boşanma zamanı ər-arvad arasında bölünmür — AÇIQLAMA

"Ailə Məcəlləsinin 32-ci maddəsinə əsasən, nikah dövründə ər və arvadın əldə etdikləri əmlak birgə mülkiyyət hesab olunur. Əgər əmlak nikahdan əvvəl alınıbsa, onun rəsmi qeydiyyata alınma tarixi, yəni çıxarışın nikah dövründə verilməsi bu qaydanı dəyişmir. Belə əmlak onu alan şəxsin şəxsi mülkiyyəti sayılır".

Bu sözləri Demokrat.az-a açıqlamasında vəkil Turan Abdullazadə deyib.

O bildirib ki, məhkəmə təcrübəsində də bu yanaşma əsas götürülür:

"Əgər şəxs nikahdan əvvəl MTK ilə müqavilə imzalayıb və mənzilin dəyərini tam ödəyibsə, həmin mənzil onun şəxsi mülkiyyətidir.

Lakin əgər mənzil üçün ödənişlərin bir hissəsi nikah dövründə aparılıbsa, o zaman bu məbləğ birgə mülkiyyət kimi qiymətləndirilə bilər. Belə halda, evə görə nikah dövründə ödənilmiş vəsait ər və arvad arasında yarı bölünür və tərəflər bu məbləği bir-birindən tələb edə bilərlər".

Əfsanə Kamal Demokrat.az

NE
Nihadə Eyyubova