Daxili siyasət

Hikmət Hacıyev Horovludan paylaşım etdi — FOTOLAR

Hikmət Hacıyev Horovludan paylaşım etdi — FOTOLAR

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Azərbaycanda akkreditə olunmuş diplomatların Cəbrayıl və Zəngilan rayonlarına səfəri ilə bağlı paylaşım edib.

Demokrat.azxəbər verir ki, bu barədə o, "X" hesabında yazıb.

"Biz diplomatik korpusun üzvləri ilə birlikdə Prezident İlham Əliyevin izi ilə gedərək Cəbrayıl və Zəngilan rayonlarına səfər edirik.

Səfərimizin ilk dayanacağı Horovlu kəndidir. Ziyarət çərçivəsində əsas diqqət Zəngəzur dəhlizinin tikintisinə, həmçinin bölgədə həyata keçirilən dəmir yolu və avtomobil yolu layihələrinə yönələcək. 2020-ci il Vətən müharibəsindən bəri bu, diplomatik korpusla birlikdə azad edilmiş ərazilərə 20-ci səfərimizdir", - paylaşımda qeyd edib.

Hikmət Hacıyev Horovludan paylaşım etdi — FOTOLAR

Hikmət Hacıyev Horovludan paylaşım etdi — FOTOLAR

NE
Nihadə Eyyubova