Pandemiya dövründəkoronavirusu ağır keçirən Əməkdar artist Mətanət İsgəndərli ən böyük qorxusunu dilə gətirib.
Axşam.az xəbər verir ki, bu barədə sənətçi "Həmin Zaur" verilişində danışıb. O,xəstə olarkənölümdən qorxmadığını bildirib:
"Koronavirusa yoluxanda ölümdən qorxmurdum. Ən böyük qorxum nəvələrimlə bağlı idi. Fikirləşirdim ki, onları böyüdüm, ali təhsilli edim.Kamımı yalnız onlardan almamışdım. Sırf onlara görə ölmək istəmirdim".
Qeyd edək ki, M.İsgəndərli 2021-ci ildətoy mərasimində virusa yoluxmuşdu. Sənətçinin vəziyyəti ağırlaşdığı üçünxəstəxanaya yerləşdirilmişdi.


