Sosial

ADY bu il 296 blok-qatar qəbul etdi — FOTO

ADY bu il 296 blok-qatar qəbul etdi — FOTO

“AzərbaycanDəmir Yolları” QSC (ADY) bu ilin 9 ayı ərzində 296 blok-qatar, o cümlədən 113 tranzit qatar qəbul edib.

ADY-dənDemokrat.az-a verilən məlumata görə, qeyd olunan göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 39% artım deməkdir.

Məlumata görə, hesabat dövrdə ümumilikdə blok-qatarlarla 103 134 TEU konteyner yük daşınıb ki, bu da 2024-cü ilin analoji dövrünün göstəricisindən (86 413) təxminən 20 faiz çoxdur.

ADY bu il 296 blok-qatar qəbul etdi — FOTO

NE
Nihadə Eyyubova