Şou-biznes

Yaşar Nurinin qızı tənqidlərə cavab verdi: Yaxşı edirəm!

Yaşar Nurinin qızı tənqidlərə cavab verdi: Yaxşı edirəm!

"Yaxşı edirəm qısa geyinirəm. Mənə hər şey yaraşır". AZXEBER.COM xəbər verir ki, bunu son zamanlar qısa və açıq-saçıq geyimi ilə gündəm olan Xalq artist Yaşar Nurinin qızı Ülkər Yaşar deyib. "Elgizlə izlə" verilişində qonaq olan Ülkər qeyd edib ki, geyiminə olan tənqidlər onu narahat etmir: "Nə geyinirəm, nə edirəm, deyirlər ki, Yaşar Nurinin qızıdır. Mən oturuşumu da, duruşumu da bilən qadınam. Bu həmişə belə olub, yaxşı da edirəm geyinirəm. O qədər açıq geyinən sənətçilərimiz var ki, xalq onları sevir. Mən bu geyimi özümə layiq görürəm, kiminsə yaraşdırmamağı mənə önəmli deyil.

NE
Nihadə Eyyubova