Hadisə

Məşhur aktyor vəfat etdi

Məşhur aktyor vəfat etdi

Həm teatrda, həm də kinoda əbədi iz qoyan Portuqaliyanın məşhur aktyoru Luis Alberto vəfat edib.

Axşam.az xəbər verir ki, o, sentyabrın 25-də 91 yaşında dünyasını dəyişib. Onun ölüm xəbərini media həmkarlarına istinadən yayıb. Onun ölümünün təfərrüatları açıqlanmayıb.

Qeyd edək ki, Luis Alberto ilk dəfə kinoda 1965-ci ildə görünüb.Onun onlarla əsəri, o cümlədən "Mənim məhəllədən olan adi insanların hekayələri", "Küllər", "Həkim qeydləri", "Müfəttiş Maks", "Don Roberto" və "Kənarda yaşıl, içəri qırmızı" kimi filmləri əhatə edib.

NE
Nihadə Eyyubova