Xalq artisti Fərhad Bədəlbəyli "Leyli və Məcnun" operası əsasında film çəkilməsini təklif edib.
Demokrat.az xəbər verir ki, Xalq artisti bununla bağlı "Üzeyir Hacıbəylinin irsi: Keçmişdən bu günə" adlı Beynəlxalq Forumda təklifini irəli sürüb:
“Biz niyə ərəbdilli ölkələrdə film-opera kimi çəkmirik? Bununla bağlı bugünkü tədbirdə iştirak edən ICESCO-nun Bakıda Regional Ofisinin direktoru Əbdülhakim Əl Sənana müraciət edirəm. Azərbaycanda əsər halında bu boyda sərvət var. Bundan niyə istifadə etməyək?”
Cavidan Mirzəzadə Demokrat.az


