Hadisə

FHN yanan məktəblə bağlı məlumat yaydı

FHN yanan məktəblə bağlı məlumat yaydı

Xəbər verdiyimiz kimi, bu gün Quba rayonunun Tülər kənd orta məktəbində yanğın baş verib.

FHN-dən Demokrat.az-a daxil olan məlumata görə, Quba rayonunun Tülər kəndində ümumi sahəsi 500 m² olan ikimərtəbəli orta məktəb binasının dam örtüyü və ikinci mərtəbəsinin yanar konstruksiyaları 250 m² sahədə yanıb. Binanın qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Faktla bağlı araşdırma aparılır.

Demokrat.az

D
demokrat.az