Siyasət

AQTA sədri Hacıqabulda vətəndaşları qəbul edib — FOTOLAR

Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli Hacıqabul rayonunda vətəndaşları qəbul edib.

19 sentyabr 2025-ci il tarixində Hacıqabul rayon Heydər Əliyev Mərkəzində Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli Şirvan şəhəri, Hacıqabul, Salyan və Neftçala rayonlarından olan vətəndaşları qəbul edib.

Qəbuldan əvvəl Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət olunub, önünə gül dəstələri düzülüb, xatirəsi ehtiramla yad edilib.

Qəbulda vətəndaşların müraciətləri diqqətlə dinlənilib, bir qismi yerində öz həllini tapıb, qaldırılan bəzi məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb.

AQTA sədri Hacıqabulda vətəndaşları qəbul edib — FOTOLAR

AQTA sədri Hacıqabulda vətəndaşları qəbul edib — FOTOLAR

AQTA sədri Hacıqabulda vətəndaşları qəbul edib — FOTOLAR

AQTA sədri Hacıqabulda vətəndaşları qəbul edib — FOTOLAR

AQTA sədri Hacıqabulda vətəndaşları qəbul edib — FOTOLAR

NE
Nihadə Eyyubova