“Dövlət büdcəsinin tərkibində “İctimai nəqliyyat” Məqsədli Büdcə Fondu yaradılmasının vacib və aktual məsələ olduğunu hesab edirəm”.
Bunu Demokrat.az-a açıqlamasında millət vəkili Azər Badamov deyib. O bildirib ki, bu fond vasitəsilə daha təmiz yanacaqla işləyən, yəni elektrik və qazla işləyən müntəzəm sərnişin daşıyan avtomobillərin subsidiyalaşdırılması nəzərdə tutulur:

Təbii ki, ictimai nəqliyyatın müntəzəm və normal işləməsi insanların rahat və vaxtında mənzil başına çatmasına imkan verəcək. Bu baxımdan dövlət başçısının imzaladığı müvafiq fərman təmiz və rahat şəhər prinsipləri baxımından çox əhəmiyyətlidir”.
Cavidan Mirzəzadə Demokrat.az


