Dünya Alpaqut Federasiyasının (DAF) İcraiyyə Komitəsinin üzvləri və Azərbaycan nümayəndəliyinin rəhbər şəxsləri tutduqları vəzifələrdən istefa veriblər.
Bizim.Media-nın əldə etdiyi məlumata görə, DAF PrezidentiJalə Əhmədova,1-ci vitse-prezidentKönül Nurullayeva,vitse-prezidentAnar Qurbanov,ictimaiyyətlə əlaqələr departamentinin rəhbəriFiruzə İskəndərova,katibliyin rəhbəriTünzalə Əzimovaistefa veriblər. Əldə etdiyimiz məlumata görə istefaların əsas səbəbi Federasiyanın idarə olunması və inkişaf strategiyası ilə bağlı İcraiyyə Komitəsi və İdarə Heyəti arasında yaranmış ciddi fikir ayrılıqlarıdır. Xatırladaq ki, Dünya Alpaqut Federasiyası 12 fevral 2014-cü ildə təsis olunub. Federasiya idman ustasıVasif Namazovuntəşəbbüsü ilə yaradılıb.


