Sosial

“Qala Həyat” Sığortadan yeni “Təhsil Sığortası”

“Qala Həyat” Sığortadan yeni “Təhsil Sığortası”

“Qala Həyat” Sığorta Şirkəti ASC müştəriləri üçün yeni məhsulu olan “Təhsil Sığortası”nı istifadəyə verib.

Bu barədə Demokrat.az-a şirkətdən məlumat verilib.

Bu sığorta məhsulu valideynlərin həyatında yarana biləcək gözlənilməz hallara qarşı övladların təhsil gələcəyini etibarlı şəkildə qorumağa xidmət edir.

Yeni məhsulun əsas üstünlükləri:

Valideynin vəfatı və ya əmək qabiliyyətini itirməsi halında, övladın təhsil xərcləri sığorta şirkəti tərəfindən maliyyələşdirilir.

Ölüm və ya III qrup əlillik zamanı – 100% ödəniş.

II qrup əlillik zamanı – 60% ödəniş.

İllik sığorta məbləği – 50.000 AZN-ə qədər.

Müddət – övladın təhsil dövrü ərzində.

Şirkətdən verilən məlumata görə, “Təhsil Sığortası” məhsulu valideynlərə övladlarının sabahını daha güvənli və təminatlı görmək imkanı yaradır.

Ünvan: İzmir küçəsi 5 A. Əlaqə telefonu: (+994 12) 404 77 74 Qaynar xətt: 1540

NE
Nihadə Eyyubova