İdman

SON DƏQİQƏ! Millimizin futbolçusu həbs edildi

SON DƏQİQƏ! Millimizin futbolçusu həbs edildi

2007/2009-cu illərdə Azərbaycan millisinin formasını geyinmiş Cəmşid Məhərrəmov həbs edilib.

Demokrat.az xəbər verir ki, sportinfo.az-a daxil olan məlumata görə, karyerasını həvəskar futbolda davam etdirən 36 yaşlı yarımmüdafiəçi bir neçə dəqiqə əvvəl hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

Yığmamızın heyətində 6 oyun keçirmiş Məhərrəmovun həbsinin detalları barədə ətraflı məlumat verəcəyik.

Xatırladaq ki, AFFA veteran futbolçunu 2017-ci ilin əvvəlində - formasını geyindiyi "Rəvan"la birlikdə danışılmış oyunlarda iştirak etməsi iddiası ilə peşəkar futboldan kənarlaşdırılmışdı.

Demokrat.az

D
demokrat.az