Şou-biznes

"Maştağada uşaqlar gölməçədən keçib, dərsə gedirlər"

Maştağada uşaqlar gölməçədən keçib, dərsə gedirlər

Aparıcı Mətanət Əliverdiyeva Maştağa qəsəbəsində22 saylı orta məktəbinyerləşdiyi ərazidən gileylənib.

Axşam.az xəbər verir ki, o, "Xəzər axşamı" verilişində təhsil ocağının yerləşdiyi həmin ərazidə kanalizasiya sisteminin olmadığını bildirib:

"Məktəbə gedən bütün birinciləri təbrik edirəm. Bu gün Maştağa qəsəbəsinə getmişdim. Orada 22 saylı orta məktəbin yanından keçəndə çox təəssüfləndim. Uşaqlar hamısı qəşəng, təzə paltarlargeyiniblər, amma dərsə gölməçənin içindən keçib gedirdilər. İki gün yağış yağış yağıb vəora gölməçə olub. Daha uşaqlar dərsə üzə-üzə gedərdilər. Maraqlandım və dedilər ki, 22 saylı orta məktəbin ərazisində kanalizasiya sistemi yoxdur. Belə şey olar?Buna bir tədbir görün. Hələ indi başlayıb, qarşıda bunun qışı, qarı var".

NE
Nihadə Eyyubova