Əli ət maşınında qalan uşaq təcili Xaçmazdan Bakıya göndərildi

HADİSƏ 11 dekabr 2019, 23:30

Xaçmazda iki yaşlı uşağın əli ətçəkən maşında qalıb.  


Oxu.Az-ın bölgə müxbiri xəbər verir ki, 2017-ci il təvəllüdlü Pərdiyev Toğrul Ramil oğlunun əli ətçəkən maşında sıxılı vəziyyətdə qalıb. 


Bu barədə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumat daxil olub. Məlumatla əlaqədar çağırış ünvanına cəlb olunan Şimal Regional Mərkəzinin xilasetmə qüvvələri həkim nəzarəti altında azyaşlının əlini ət maşınından çıxarıblar. 


Hazırda onun vəziyyəti ağır olduğundan paytaxtdakı xəstəxanaların birinə göndərilib.  


Faktla bağlı araşdırma aparılır.  

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
12 iyul 2025, 10:31
12 iyul 2025, 10:26
12 iyul 2025, 08:39
Top