Gürcüstanın keçmiş müdafiə naziri Cuanşer Burçuladze saxlanılıb.
Demokrat.azxəbər verir ki, bu barədə məlumatı Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidməti yayıb.
Bildirilib ki, sabiq nazir vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə və korrupsiyada ittiham edilərək tutulub.
O, 2021-ci ildən 2024-cü ilə qədər Gürcüstanın müdafiə naziri olub.


