Sosial

"Beşiktaş" yeni transferini açıqladı

Beşiktaş yeni transferini açıqladı

Türkiyənin "Beşiktaş" klubu yeni futbolçu transferini açıqlayıb.

Demokrat.az xəbər verir ki, bu barədə İstanbul təmsilçisi məlumat yayıb.

"Kayserispor"dan Gökhan Sazdağ heyətə cəlb edilib. 30 yaşlı cinah müdafiəçisi ilə 2+1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Gökhan Sazdağ 2021-ci ildən "Kayserispor"da çıxış edib.

NE
Nihadə Eyyubova