“Qala Sığorta” şirkətinin maliyyə dəstəyi ilə Bərdə rayonunda Uşaq İncəsənət Festivalının növbəti mərhələsi təşkil olunub.
Demokrat.az xəbər verir ki, Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə uşaqlar intellektual oyunlarda iştirak edib, müxtəlif yaradıcı master-klaslarda bacarıqlarını sınayıblar.
Festival çərçivəsində balacaların istedadlarının üzə çıxarılması, asudə vaxtlarının səmərəli təşkili və mədəniyyətə maraqlarının artırılması hədəflənib.










Demokrat.az


