Messi 8 ildən sonra heyətdən kənarda qaldı

İDMAN 10 dek 2019, 22:41

"Barselona" Çempionlar Liqasının qrup mərhələsinin sonuncu turunda "İnter"lə qarşılaşacaq.

 

Kataloniya təmsilçisinin kapitanı Lionel Messi sözügedən səfər matçının heyətinə daxil edilməyib.

 

Baş məşqçi Ernesto Valverde Messiyə istirahət verdiyini açıqlayıb. Leo son 8 ildə ilk dəfə Çempionlar Liqasında bir görüşün heyətinə daxil edilməyib. Argentinalı futbolçu sonuncu dəfə 2011-ci ildə, BATE ilə keçirilən oyunda heyətdə olmamışdı.

 
Qeyd edək ki, bu gün keçiriləcək "İnter" - "Barselona" matçı saat 00:00-da start götürəcək. (matc.az)

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top