Hadisə

Əfqanıstanda yenidən güclü zəlzələ olub

Əfqanıstanda yenidən güclü zəlzələ olub

Əfqanıstanın Cəlalabad şəhəri yaxınlığında 5.5 bal gücündə zəlzələ baş verib.

Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Qeyd olunub ki, yeraltı təkanlar 200 min nəfər əhalisi olan Cəlalabad şəhərindən 57 kilometr şimal-şərqdə qeydə alınıb.

Zəlzələ ocağı yerin 35 kilometr dərinliyində yerləşib.

Xatırladaq ki, ötən gün Əfqanıstanın şimal-şərqindəaltı bal gücündə zəlzələolub. Son məlumatlara görə, təbii fəlakət 1 411 nəfərin həyatına son qoyub, 3 124 nəfər xəsarət alıb.

NE
Nihadə Eyyubova