Sosial

Bakıdakı güclü yanğın Məleykə Abbaszadənin görüşə getməyinə mane oldu

Bakıdakı güclü yanğın Məleykə Abbaszadənin görüşə getməyinə mane oldu

DİM-in Direktorlar Şurasının sədri Məleykə Abbaszadənin Xırdalan şəhərində vətəndaşlarla bu gün keçirilməsi nəzərdə tutulan görüşü "Eurohome"da baş verən yanğınla əlaqədar təxirə salınıb.

Demokrat.az xəbər verir ki, bu barədə oxu.az-a DİM-dən məlumat verilib.

Qeyd edilib ki, fənlər üzrə müəllimlərin elmi-metodiki seminarları da təxirə salınıb.

Demokrat.az

D
demokrat.az