Hadisə

Qəzada xəsarət alan 5 yaşlı uşaq öldü

Qəzada xəsarət alan 5 yaşlı uşaq öldü

Sabirabadda iki gün əvvəl baş vermiş yol qəzasında ağır xəsarət alan azyaşlı vəfat edib.

Demokrat.az-ın məlumatına görə, həkimlərin səylərinə baxmayaraq, 5 yaşlı Nilayın həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, VAZ markalı iki avtomobilin toqquşması nəticəsində daha bir nəfər hadisə yerində ölmüşdü. Üç nəfər isə xəstəxanada həkim nəzarətinə götürülmüşdü.

D
demokrat.az