Hadisə

Naxçıvanda dələduzluq edən şəxs saxlanıldı

Naxçıvanda dələduzluq edən şəxs saxlanıldı

Daxil olan müraciətlər əsasında polis əməkdaşlarının keçirdikləri tədbirlərlə 40-a yaxın şəxsi aldadaraq ümumilikdə 35000 manat vəsaiti ələ keçirən Naxçıvan şəhər sakini, 37 yaşlı Mürsəl Nuriyev saxlanılıb.

Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Demokrat.az-a bildirilib ki, Nuriyevin sosial şəbəkələrdə ev alqı-satqısı adı ilə səhifələr yaratdığı və mənzil almaq üçün ipoteka prosesində kömək vədi ilə vətəndşaları aldatdığı müəyyən edilib.

Faktla bağlı Naxçıvan Muxtar Respublikası DİN-in İstintaq və Təhqiqat İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə başlanan cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.

M.Nuriyevin əməllərindən zərər çəkmiş digər şəxslərin polis orqanlarına məlumat vermələri xahiş olunur

D
demokrat.az