Hadisə

Qəbələdə FACİƏ — Velosipeddən yıxılan yeniyetmə iki gün sonra həyatını itirdi

Qəbələdə FACİƏ — Velosipeddən yıxılan yeniyetmə iki gün sonra həyatını itirdi

Qəbələ rayonunda faciə yaşanıb.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, iki gün əvvəl Qəbələ rayonunun Abrıx kəndinin dağlıq ərazisində kənd sakini 2010-cu il təvəllüdlü Ömər Zəkəriyəyev velosipeddən yıxılıb. Xəstəxanaya yerləşdirilmiş Ö.Zəkəriyəyev avqüustun 27-də orada dünyasını dəyişib.

Faktla bağlı araşdırmalar aparılır.

NE
Nihadə Eyyubova