"Elə bilirəm ki, məni qınamazlar.Türkiyəyə Nəsibə Zeynalovanın dərmanlarını almaq üçün getdim. Ekonomik vəziyyətlə, teatrdakı maaşla mümkün deyildi".
Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar incəsənət xadimiCahangir Novruzov "Qapqara" yutub layihəsində deyib. O, Türkiyəyə necə dəvət olunmasından da bəhs edib:
"Burada olarkən universitetrektoru Mehmet Şahin bəy mənim evimə iki dəfə gəldi. Elçibəyin dövründə Azərbaycandaekonomikadan dərs demişdi. Azərbaycanı görmüşdü, ağıllı adam idi, bilirdi ki,nə boyda sənət var. Rektor olaraq seçildi və istədi ki,Kayseri Erciyes Universitetində "Gözəl sənətlər"fakültəsini Azərbaycan sənətkarlarının köməyi ilə açsın. Teatr bölümünə də məni dəvət etmişdilər. Amma Türkiyədəki ekonomik vəziyyətə görə 1995-ci ildə getdik. Boşuna deyildi, getmək məcburiyyətində idim".
Xalq artisti teatrımızın hazırkı vəziyyətindən də danışıb:
"Azərbaycan deyimi, var "ölübdür xəbəri var". Biz bir az sənətimizə, dəyərlərimizə etinadsız yanaşırıq. Məqsədsiz və mənasız yaşayırıq, günahı özümüzdə görmürük. Mən öz peşəmdə də həmişə bunu deyirəm. Əgərtələbəm yaxşı deyilsə, günah məndədir. Bu sözdən də qorxmuram.
Teatrın dirçəlməsi üçün universitetdən başlayaram. Hər şeyin təməli düzgün qoyulmalıdır. Gənclər hər zaman daha perspektivlisənətlər seçirlər. Zamanında Azərbaycanda incəsənətə gələnlər Müslüm Maqomayev, Nəsibə Zeynalova, Rəşid Behbudov, Bəşir Səfəroğlu olmaq istəyirdi. Ona görə gəlirdilər. İndi kim olmaq istəsinlər?İndi prokuror, həkim, vəkil olmaq istəyirlər. Çünki pul oradadır, maraqlıdır ki, həkimlər nə istəyir içirlər, ammaHippokrat andı içmirlər.
Dünya əxlaqı da dəyişir, diqqət etmək lazımdır. Elə bir zaman gəlib ki, biz xalqın ayağına getməliyik, onun içindəki istedadı tapmalıyıq. Mənmuğam müsabiqəsinə çox diqqətlə baxıram. Oradaki münsiflərin dəyərləndirmələrini görürəm, onlara minnətdaram. Bu insanların dürüstlüyü, peşəkarlığı Azərbaycan muğamı üçün 20 il sonraya da təməldir. Ona görə də Azərbaycanda aktyorları teatra götürəndə, canlı yayımda müsabiqədən keçirmək lazımdır. Mən görüm ki, kim yalan danışacaq. Teatr yalnız bu halda düzələ bilər. Sinifinbaşındaisə işini bilən ustad durduğu zaman öz adının əskik çıxmasınaicazəverməz".


