Gündəm

“Netflix”də bürclərə uyğun yenilik

“Netflix”də bürclərə uyğun yenilik

"Netflix"platforması istifadəçilər üçün maraqlı yeniliyə imza atıb.

Axşam.az xəbər verir ki, bu barədə "Variety" nəşriməlumat yayıb.

Bildirilir ki, artıq abunəçilər öz bürclərinə uyğun olaraqtövsiyə edilən film və serial siyahılarını görə biləcəklər.

Yeni funksiyanın ilk mərhələsində qız, şirvə əqrəbbürcləri üçün nəzərdə tutulmuş siyahılar sabahplatformanın əsas səhifəsində görünəcək. Yeniliyin təqdimatı "Qız bürcü mövsümünün"başlanğıcı ilə üst-üstə düşür (23 avqust – 22 sentyabr).

"Netflix"inməqsədi bu fərdi kolleksiyalar vasitəsilə istifadəçilərə kataloqda fərqli, maraqlı və aktualməzmunlar kəşf etdirməkdir.

Bürc kolleksiyalarının adları isə belə olacaq:

- “Qızlar daim tələsir” - “Tərəzilər məhəbbətdə və müharibədə ədalətlidir” - “Əqrəblər sirrlərdən zövq alır” - “Oxatanlar macəra hədiyyə edir” - “Oğlaqlar boss rejimini aktivləşdirir” - “Dolçalar bu dünyadan deyillər” - “Balıqlar arzuları reallaşdırır” - “Qoç xaos və rəqabəti sevir” - “Buğalar əyləncənin mərkəzidir” - “Əkizlər sirr yaymağı bacarır” - “Xərçənglər ağlamaq istəyirsə, ağlayacaq” - “Şirlərin qəhrəman enerjisi var”

NE
Nihadə Eyyubova