Sosial

Şagirdlərin elektron yerdəyişməsinin müddəti UZADILDI

Şagirdlərin elektron yerdəyişməsinin müddəti UZADILDI

Şagirdlərin elektron yerdəyişməsi prosesinin müddəti uzadılıb.

Demokrat.azxəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumu Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.

Bildirilib ki, avqustun 5-dən start verilən 2025–2026-cı tədris ili üzrə şagirdlərin elektron yerdəyişməsi prosesi davam edir. Nəzərinizə çatdırırıq ki, şagirdlərin elektron yerdəyişməsi prosesinin müddəti 30 avqust saat 18:00-dək uzadılıb.

Valideynlər övladlarının məktəb yerdəyişməsinisy.edu.azportalı üzərindən elektron qaydada həyata keçirə bilərlər.

NE
Nihadə Eyyubova