“Avqustun 17-də üç əcnəbi Şəhidlər Xiyabanında nalayiq hərəkətlər edib. Onlar çəkdikləri videogörüntünü sosial şəbəkələrdə də paylaşıblar. Hadisə hüquq-mühafizə orqanlarının diqqətindədir”.
Bunu Demokrat.az-a açıqlamasında hüquqşünas Nurlan Məmmədli deyib.
Hüquqşünasın sözlərinə görə, bu cür davranış qanunla cəzalandırılır:
“İnzibati Xətalar Məcəlləsinə əsasən, ictimai qaydanı pozan şəxslərə 15 sutkaya qədər inzibati həbs və ya cərimə tətbiq edilə bilər.Əgər hərəkətlər abidələrin və qəbiristanlığın təhqiri kimi qiymətləndirilsə, məsələ cinayət işinə çevrilə bilər. Bu halda cəza daha ağırdır. Cinayət Məcəlləsi azadlıqdan məhrumetməni də nəzərdə tutur. Əcnəbi vətəndaş olduqları üçün onlar barəsində əlavə tədbirlər də görülə bilər. Dövlət Miqrasiya Xidməti tərəfindən deportasiya və ölkəyə giriş qadağası tətbiq olunması ehtimalı böyükdür. Beləliklə, həmin şəxsləri həm hüquqi, həm də inzibati baxımdan ciddi məsuliyyət gözləyir”.
Leyla Turan Demokrat.az


