Hadisə

İsmayıllıda avtomobil AŞDI: Yaralılar var

İsmayıllıda avtomobil AŞDI: Yaralılar var

İsmayıllıda yol-nəqliyyat hadisəsi baş verib.

Oxu.Azxəbər verir ki, qəza axşam saatlarında Qaraməryəm-İsmayıllı avtomobil yolunun Kürdmaşı kəndi ərazisində qeydə alınıb.

İlkin məlumata görə, hərəkətdə olan avtomobilin sürücüsü idarəetməni itirib və nəticədə, avtomobil yoldan çıxaraq aşıb.

Qəza zamanı Göyçay rayon sakinləri - 28 yaşlı F.Əsədov və 54 yaşlı Ş.Qasımova müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar rayon mərkəzi xəstəxanasına yerləşdiriliblər. Hadisənin səbəbləri və digər təfərrüat araşdırılır.

NE
Nihadə Eyyubova