Sosial

İcra Hakimiyyətinin vəzifəli şəxsinə "stop" qoyuldu

İcra Hakimiyyətinin vəzifəli şəxsinə stop qoyuldu

Sabirabad Rayon İcra Hakimiyyəti yanında Mənzil-İstismar Sahəsinin rəisinin ölkədən çıxışına məhdudiyyət qoyulub.

Demokrat.az Qaynarinfo-ya istinadən xəbər verir ki, 8 ay əvvəl MİS rəisi təyin olunan Sadıqov Yusif Ağakərim oğlunun Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsinə 10510.96 AZN vergi borcu yaranıb.

Vergi borcunu 5 gün müddətində ödəmədiyi halda qanunvericiliklə müəyyən olunmuş tədbirlərin görüləcəyi barədə Yusif Sadıqova xəbərdarlıq edilib.

Məhkəmənin qərarı ilə 1981-ci il təvəllüdlü sahə rəisi sözügedən xəbərdarlığı yerinə yetirmədiyi üçün ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılıb.

NE
Nihadə Eyyubova