"ABŞ-Azərbaycan münasibətləri yeni mərhələyə qədəm qoyur".
Bunu Demokrat.az-a açıqlamasında millət vəkili Ceyhun Məmmədov deyib. O deyib ki, bu günə qədər ABŞ-Azərbaycan münasibətlərində bir gərginlik müşahidə olunurdu:

"Bu gərginlik Azərbaycan tərəfindən qaynaqlanmırdı. Bizə qarşı olan qərəz və ikili standart bu münasibətlərin gərginləşməsinə aparıb çıxarmışdı. İndi isə bizim münasibətlərimiz yeni bir mərhəyələ daxil olur.
Azərbaycan-ABŞ münasibətləri daha da güclənir. Hesab edirəm ki, bu səfər əlaqələrimizi daha da gücləndirəcək. İki ölkənin münasibətləri yeni bir mərhələyə qədər qoyacaq və biz bunun ciddi nəticələrini görəcəyik.
Bu səfər ikitərəfli münasibətlərə öz töhfəsini verəcək və prosesin tənzimlənməsində ciddi addım kimi yadda qalacaq".
Cavidan Mirzəzadə Demokrat.az


