Sosial

İyul ayında Bakıda 53 nəfəri gün vurub

İyul ayında Bakıda 53 nəfəri gün vurub

Bu ilin iyul ayı ərzində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Bakı şəhərindən günvurma ilə bağlı 53 nəfər (18-i qadın, 35-i kişi cinsli olmaqla) müraciət edib.

Bu barədə Metbuat.az-ın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.

Qeyd olunub ki, onlardan 28 nəfəri tibb müəssisəsinə hospitalizasiya olunub, 21 nəfərə yerində tibbi yardım göstərilib.

Bakı şəhəri üzrə 4 nəfərin tibbi xidmətdən imtinası qeydə alınıb. Regionlar üzrə günvurma ilə bağlı isə Quba, Ağstafa, Sabirabad, Hacıqabul, Neftçala və Zaqatala rayonlarından daxil olun müraciətlər üzrə 6 nəfər tibb müəssisələrinə hospitalizasiya olunub, 4 nəfərə isə yerində tibbi yardım göstərilib.

NE
Nihadə Eyyubova