Siyasət

MSK Parlament seçkilərinə görə toplanır

MSK Parlament seçkilərinə görə toplanır

Dekabrın 7-də Mərkəzi Seçki Komissiyasının Milli Məclisə seçkilərlə əlaqədar iclası keçiriləcək.

Demokrat.az-ın məlumatına görə, iclas dekabrın 7-si saat 14:00-da baş tutacaq. Prezident İlham Əliyev dekabrın 5-də parlamentin buraxılması və Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, Milli Məclisin beşinci çağırışı buraxılıb. Parlamentə növbədənkənar seçkilər 2020-ci il fevralın 9-na təyin edilib.

D
demokrat.az