Hadisə

Gəncədə iki avtomobil toqquşub, xəsarət alanlar var

Gəncədə iki avtomobil toqquşub, xəsarət alanlar var

Gəncə şəhərində ağır yol qəzası baş verib.

“Report”un Qərb bürosunun məlumatına görə, “VAZ 21015” və “KİA” markalı avtomobillərin toqquşması nəticəsində 1999-cu il təvəllüdlü Vəsilə Nəbiyeva, 1991-ci il təvəllüdlü Mədinə Əliyeva və 2002-ci il təvəllüdlü Samir Mustafayev xəsarət alıblar.

Yaralılar xəstəxanaya çatdırılıb. Faktla bağlı araşdırma aparılır.

NE
Nihadə Eyyubova