Şou-biznes

"Əvvəllər bayağı mahnılar bu səviyyədə efirdə təqdim olunmurdu"

Əvvəllər bayağı mahnılar bu səviyyədə efirdə təqdim olunmurdu

"Bu gün efirəçıxan bayağı ifaçılar hər zaman olub. Son zamanlar da dəbə minib, aparıcılar deyir ki, "Siz verilişə gəlmədiniz, biz də məcbur olduq çağırdıq". Mən gəlmirəm, o deməkdir ki, süfrəyə gərək zir-zibil qoyasan? Elə deyil axı".

Axşam.az xəbər verir ki, bu sözləri"Qapqara" yutub layihəsində Əməkdar artistLalə Məmmədova deyib. Sənətçi bayağı mahnıların efirdətamaşaçıya yüksək səviyyədə təqdim olunduğunu bildirib:

"Kütləyə təbliğ olunan bayağı musiqi hər zaman olub. Sadəcə əvvəllərefirdəbu səviyyədə təqdim olunmurdu. Fərq ondadır. İndi həmin ifaçılara baxıram və gülürəm. Onlar ağsaqqal, ağbirçək kimi danışmağa başlayıblar. Güclü insanı da yıxa, məğlub edə bilərsiniz, amma vicdanı rahat olan insanı heç vaxt sındıra bilməzsiniz. Bu gün vicdanım çox rahatdır. İzləyicilərimin, övladlarımın qarşısında vicdanım rahatdır. 400-dən çox mahnım var. Onların içində bir dənə də olsun təsadüfi mahnı yoxdur".

NE
Nihadə Eyyubova