Nizami rayonu, Heydər Əliyev propekti, “Koroğlu” körpüsünün üzərində baş verənyol-nəqliyyat hadisəsi səbəbindən Aeroport şosesi, Qara Qarayev prospekti istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə qoyulan məhdudiyyət aradan qaldırılıb.
Demokrat.azxəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən bildirilib.
*** 10:52
Nizami rayonu,Heydər Əliyevpropekti, “Koroğlu” körpüsünün üzərindəyol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə MərkəzindənGlobalinfo.az-averilən məlumata görə,qəzasəbəbindən Aeroport şosesi, Qara Qarayev prospekti istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq edilib.
Hazırdapolisəməkdaşları hadisə yerindədir və qəzada iştirak edən avtomobilin yoldan kənarlaşdırılması işləri görülür.


