Hadisə

Bakı–Naxçıvan-Bakı avtobus reysi yenidən dayandırıldı — Sərnişinlər narazıdırlar

Bakı–Naxçıvan-Bakı avtobus reysi yenidən dayandırıldı — Sərnişinlər narazıdırlar

İran ərazisindən keçməklə gerçəkləşdirilən Bakı-Naxçıvan-Bakı avtobus marşrutu üzrə hərəkətdəgecikmələr baş verib.

SərnişinlərinOxu.Az-a bildirdiyinə görə, iyulun 19-da saat 19:00-da yola düşən avtobus iyulun 21-də gecə saat 03:00-da Naxçıvana çatıb.

Onların sözlərinə görə, Biləsuvar gömrük-keçid məntəqəsində 80-dən çox sərnişin uzun müddət gözləməli olub. Eyni zamanda, sərnişinlər Bakıya dönüş üçün aldıqları biletlərin ləğv edildiyini, avtovağzalda və onlayn sistemdə bilet satışının dayandırıldığını iddia edirlər.

Məsələ ilə bağlıOxu.Az-ın sorğusuna cavab olaraq Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) mətbuat katibiTural Orucovbildirib ki, Bakı-Naxçıvan-Bakı reysi üzrə sərnişindaşımalar 14 iyun 2025-ci il tarixindən müvəqqəti olaraq dayandırılıb, 19 iyuldan isə bərpa olunub.

Bakı–Naxçıvan-Bakı avtobus reysi yenidən dayandırıldı — Sərnişinlər narazıdırlar

"İlk avtobus daşımaları icra edib, lakin növbəti üç avtobusla bağlı qarşı tərəfdən əlavə məlumat sorğusu daxil olub və bu səbəbdən həmin nəqliyyat vasitələri gömrük-keçid məntəqəsində yubanıb. Artıq həmin avtobuslar 21 iyul gecə saat 2-3 radələrində Naxçıvan Avtovağzalına çatıb", - deyə T.Orucov qeyd edib.

Bakı-Naxçıvan-Bakı reysi üzrə avtobusların fəaliyyətinin yenidən nə zaman bərpa olunacağına gəlincə, AYNA rəsmisi marşrut üzrə daşımaların fasiləsiz həyata keçirilməsi üçün qarşı tərəflə birgə işlərin davam etdirildiyini bildirib.

NE
Nihadə Eyyubova