Hadisə

Naxçıvanda azyaşlı beşinci mərtəbədən yıxıldı

Naxçıvanda azyaşlı beşinci mərtəbədən yıxıldı

Naxçıvanda beş yaşlı uşaq binanın beşinci mərtəbəsindən yıxılıb.

Demokrat.azLent.az-a istinadən xəbər verir ki, ehtiyatsızlıq nəticəsində Naxçıvan şəhər sakini, 2020-ci il təvəllüdlü Çinar Əmrəddin oğlu Heydərov yaşadığı binanın beşinci mərtəbəsindən yıxılıb.

Naxçıvan Muxtar Respublika Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilən Ç.Heydərov ağır dərəcəli kəllə-beyin travması alıb.

O, bu gün axşam saatlarında Bakıda yerləşən klinikalardan birinə aparılıb, vəziyyəti ağır olaraq qalır.

NE
Nihadə Eyyubova