Gündəm

Novxanıda dənizdə batan iki yeniyetmənin meyiti çıxarılıb

Novxanıda dənizdə batan iki yeniyetmənin meyiti çıxarılıb

Abşeron rayonu, Novxanı kəndində dənizdə (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 1 km aralı, nəzarətsiz ərazi) batan 2 nəfərin axtarışları başa çatıb.

Fövqəladə Hallar Nazirliyindən verilən xəbərə görə, batan şəxslərin meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

NE
Nihadə Eyyubova