Gündəm

Maşınını xadimələrə yudurdan direktor işdən çıxarıldı

Maşınını xadimələrə yudurdan direktor işdən çıxarıldı

Texniki işçilərə maşınınıyudurdanBakı şəhəri240 nömrəli tam orta məktəbin direktoruEsmira Məmmədova işdən çıxarılıb.

Bu haqda “Trend” məlumat yayıb.

Məlumatı Məktəbəqədər və Ümumi Təhsil Üzrə Dövlət Agentliyindən saytımıza təsdiqləyiblər.

Qeyd edək ki, bir müddət əvvəl sosial şəbəkələrdə direktor və direktor müavininə məxsus nəqliyyat vasitələrinin məktəb ərazisində məktəbin xadimələri tərəfindən yuyulması ilə bağlı videogörüntülər yayılmışdı.

NE
Nihadə Eyyubova