Hadisə

13 yaşlı yeniyetmə Araz çayında boğulub

13 yaşlı yeniyetmə Araz çayında boğulub

Saatlı rayonu ərazisində Araz çayında yeniyetmənin boğulması ilə nəticələnən hadisə baş verib.

Demokrat.azAZƏRTAC-a istinadən xəbər verir ki, hadisə günorta saatlarında Araz çayının Saatlı rayonunun ərazisindən keçən hissəsində olub.

Saatlı şəhər sakini 2012-ci il təvəllüdlü Ramazanlı Kənan Xəqani oğlu Araz çayında çimərkən suda boğulub. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri cəlb olunub.

Hazırda axtarış işləri davam etdirilir.

NE
Nihadə Eyyubova